logo
ENGRUS

SOCAR Polymer məhsul çeşidini artırır

SOCAR Polymer 3-cü rübdə dörd yeni polipropilen çeşidi istehsal etdi.

Çox yüksək sərtlik və yüksək ərimə axını göstəricisinə malik HB4540MO və HB6540MO homopolimerləri və sərt qablaşdırmada istifadə olunan yüksək emal sürətinə və antistatik xüsusiyyətlərə malik CB4848MO və CB6448MO yüksək heterofaz kopolimerləri məhsul portfelinə əlavə edildi.

Bu markalar injeksiya ilə yüksək sürətli nazik divarlı qəlibləmə və sərt məmulatların standart injeksiya ilə qəliblənməsi üçün nəzərdə tutulmuşdur. Yeni homopolimerlər, xüsusilə, qida qablaşdırma sənayesində istifadə olunan polistireni əvəz etmək üçün əlverişlidir.

Yeni polipropilen çeşidləri ilkin olaraq MDB bazarların ixrac olunacaq.